Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib - FOTO
25 Sentyabr 2023 21:18 İqtisadiyyatOlaylar.az xəbər verir ki, sentyabrın 25-də Dövlət Gömrük Komitəsində Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüş keçirilib.
Görüşdə iki ölkənin mehriban dostluq münasibətlərindən məmnunluqla bəhs edilib, gömrük xidmətləri arasında gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb, birgə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatları, statistik məlumatların təhlili üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31