Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
21 Sentyabr 2023 13:42 İqtisadiyyat2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat, xərcləri 36 milyard 355 milyon manat təşkil edəcək. "Olaylar" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev sosial şəbəkə hesabında paylaşıb. Bildirib ki, neftin bir barrelinin orta illik ixrac qiyməti 60 dolları səviyyəsində nəzərdə tutulur. Gələn il Manatın Dollar qarşısında məzənnəsi isə 1,7 manat səviyyəsində proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31