Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib - FOTO
20 Sentyabr 2023 18:37 İqtisadiyyatTovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş olub.
Olaylar.az xəbər verir ki, görüş gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, sahibkarların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Gömrük Komitəsinin son dövrlərdə apardığı təkmilləşdirilmələr, gömrük xidmətinin strateji hədəfləri barədə ətraflı məlumat verilib.
Daha sonra "Yaşıl Dəhliz" buraxılış sistemindən daim istifadə hüququ əldə etmiş sahibkarların ölkəyə idxal etdikləri yüklərlə bağlı mövcud vəziyyət təhlil edilib, həmçinin "Gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarlar qəbul edilməsinə dair Metodika", "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası", "Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası" ilə bağlı məlumatlar da sahibkarların diqqətinə çatdırılıb.
Sonda xarici ticarət iştirakçılarının təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.


