Naxçıvanda azad iqtisadi zonanın yaradılmasına dair qanun layihəsi gələn il təqdim olunacaq
20 Sentyabr 2023 13:00 İqtisadiyyatNaxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsi gələn il hazırlanaraq təqdim olunacaq.
Olaylar.az-ın xəbərinə görə, bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Naxçıvan MR Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi ilə birlikdə qanun layihəsini hazırlayaraq 2024-cü ildə təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31