Mərkəzi Bank İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və yerli bankların gələcək maliyyələşdirilməsi məsələsini müzakirə edib.

Olaylar.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"Mərkəzi Bankda İslam Korporasiyasının baş icraçı direktoru Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.

Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanlarını müzakirə etdik", - T. Kazımov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31