Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib - FOTO
7 Sentyabr 2023 18:38 İqtisadiyyatSentyabrın 6-da Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.
Olaylar.az xəbər verir ki, görüşdə son dövrlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, gömrük inzibatçılığı və gömrük rəsmiləşdirilməsi sahəsində görülmüş işlər, eyni zamanda həyata keçirilmiş, gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31