16 avtomobil özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Anar" ASC-nin 30 %-lik səhm paketi satılıb. Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, hərracda həmçinin 16 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu baxımdan hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd "Chevrolet Niva" markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan "Mitsubishi Pajero" markalı avtomobil 4 550 manata satılıb. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31