Mal və qoyun ətinin qiyməti düşüb - ÖZƏL

2023-cü ilin fevral ayından mal ətinin dünya bazarı qiymətində müşahidə olunan artımı may ayından başlayaraq azalma ilə əvəz olunub. "OLAYLAR" Aqrar Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, iyul ayında  mal ətinin 1 kiloqramının qiyməti dünya bazarında əvvəlki aya nisbətən 3.7 faiz azalaraq 5.0 ABŞ dolları səviyyəsinə enib. 

Bildirilib ki, qoyun ətinin qiymətində də azalma müşahidə edilib. Belə ki,  Avropa bazarında aprel ayında özünün ən yüksək həddinə çatan qoyun əti qiymətlərində başlayan azalma iyul ayında da davam edib. Bu müddət ərzində  1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 1.5 faiz azalaraq 8.1 ABŞ dolları səviyyəsinə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31