Bu il DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib
15 Avqust 2023 12:41 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat təşkil edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 mln. manat artaraq 2 mlrd. 985 mln. manat olub. Həmin dövrdə DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 mln. manat çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31