Türkiyənin Tarım Bakanı Mehdi Əkər "Azərsun Holdinq"in kənd təsərrüfatı müəssisələrində oldu

Crans Montana forumu çərçivəsində Bakıya gələn Türkiyənin Kənd Təsərrüfatı naziri Mehdi Əkər və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Azersun Holdinq"i ziyarət etdi. Holdinqin fəaliyyət sahəsi haqqında məlumat alan nazir Mehdi Əkər Azərsun Holdinqin Biləsuvarda həyata keçirdiyi kənd təsərrüfatı layihələri ilə tanış oldu. Holdinqin tərkibində fəaliyyət göstərən Natural Greenland müəssisəsinin  əkin sahələri, təbii gübrə istehsal müəssisəsi, konserv zavodu ilə yaxından tanış olan Mehdi Əkər sonra İmişli Şəkər Zavoduna səfər etdi. Görüşdə Azərsun Holdinq İdarə heyətinin sədri Abdulbari Gözəl tərəfindən nazirə, ölkə başçısı cənab İlham Əliyevin kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğısı, həyata keçirilən işlər barədə geniş məlumat verildi. Azərsun Holdinqin yaratdığı müasir kənd təsərrüfatı kompleksinin uğurlu nümunə olduğunu vurğulayan heyət görülən işləri yüksək qiymətləndirdi. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31