Yevlax Pilot Aqroparkın rezidentlərinin sayı 19-a çatıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Aqroparkın rezidentlərinin sayı 19-a çatıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, yeni rezidentlər "Kronos Agro" MMC və fərdi sahibkar Əli Əhmədov tərəfindən 61,9 hektar sahədə investisiya həcmi 938,4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31