Bir sıra avadanlıqlar gömrük rüsumlarından azad edilib
5 Avqust 2023 11:22 İqtisadiyyatAzərbaycanda bir sıra avadanlıqlar və materiallar gömrük rüsumlarından azad edilib.
Bu barədə Baş nazir Əli əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar - 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31