Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib - ÖZƏL
4 Avqust 2023 15:14 İqtisadiyyat""Euronews" televiziya kanalına verdiyi müsahibədə Prezident İlham Əliyev ölkəmizin Rusiya, eləcə də Avropa ilə olan münasibətlərindən də bəhs etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycanın Rusiya ilə münasibətləri tarazlaşdırılıb. Burada əsas məsələ ölkələrin bir-birinin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanov deyib: "Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır: "İki ölkə arasında nəzərəçarpan ticari dövriyyə və daşımalar infrastrukturuna aid bir çox layihələr var. Həmçinin Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, ölkəmiz onu bir çox il əvvəl imzalanmış müqavilələr və planlar əsasında atır".
Deputat bildirib ki, iki ölkə arasında olan vasitəçilər haqqında danışarkən Prezident İlham Əliyev Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini qeyd etdi: "Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Bir halda ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Rusiya isə atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nə də ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Ölkə başçısı vurğuladı ki, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcək".