Abşeron yatağı, bu gün Azərbaycan üçün Şahdənizdən sonra ən önəmli qaz yatağı sayıla bilər - ÖZƏL

"83 il əvvəl aşkar edilən Abşeron yatağı, bu gün Azərbaycan üçün Şahdənizdən sonra ən önəmli qaz yatağı sayıla bilər. Çünki bu yataq təkcə 360 milyard m3 olan qaz həcminə görə deyil, həm də bir çix yeniliklərə görə Azərbaycan üçün önəmlidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov sözügedən saziş barədə danışarkən deyib. O bildirib ki, ilk dəfə Azərbaycan şirkəti (SOCAR) belə dərin və çətin şəraitdə bir yatağın operatoru olmuş və bunu uğurla tamamlayaraq, ilkə imza atmışdır:

"Burada tətbiq edilən  məsafədən mobil idarəçilik də Azərbaycanda ilk hesab edilə bilər. Yataqla bağlı sazişlərdə digər yataqdan daha çox və dəyişkən olmuşdur. Beləki, 1997-ci ildə imzalan birinci sazişdə SOCAR 50%, Chevron 30%, Total 20% pay sahibi idi. 2009-cu ildə ikinci saziş SOCAR və Total hər ikisinə 50% payla imzalandı".

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), TotalEnergies və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Abşeron qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31