Ağdam Sənaye Parkında yeni rezident

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 5,4 milyon manat investisiya yatırılacaq. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, "AS İstehsal" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 19-a çatıb. Şirkət tərəfindən Sənaye Parkının 5,5 hektar ərazisində investisiya həcmi 5,4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradılacaq və 95 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31