FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
31 İyul 2023 14:13 İqtisadiyyatBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, görüşdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31