Mikro-biznes kreditlərinin verilməsinin sadələşdirilməsi müzakirə edildi
21 İyul 2023 10:11 İqtisadiyyatMərkəzi Bankın sədri Taleh Kazımovun iyulun 20-də Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qrupları ilə görüşü keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikro-biznes kreditlərinin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesablarının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib. Həmçinin, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31