Maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün açıq tender elan olunub
20 İyul 2023 18:08 İqtisadiyyatİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün açıq tender elan edib.
Olaylar.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 9-u, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 17-si, saat 18:00-a qədər agentliyin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə avqustun 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31