Azərbaycan nefti yenidən bahalaşdı
20 İyul 2023 10:04 İqtisadiyyatDünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.90% və ya 0.77 dollar artaraq 84.30 ABŞ dolları ticarət edilib.
Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31