Manatın məzənnəsinin sabit qalması dünya praktikasında müşahidə olunan nadir hadisədir- ÖZƏL
19 İyul 2023 11:28 İqtisadiyyat"Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma işlərinin ölkəmizin öz hesabına həyata keçirilməsidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Ölkə Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək bildirdi ki, cari ilin altı ayı ərzində əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub. Bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin maliyyə durumu xeyli yaxşılaşıb. Bu il rekord həddə çataraq 33 milyard manatlıq göstəricini üstələyən dövlət büdcəsi, həm də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra olunsun, dövlətin hərbi gücünü artırmaq üçün əhəmiyyətli addımlar atılsın. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində makroiqtisadi sabitlik uzun illərdir təmin edilir. Manatın məzənnəsinin son altı il ərzində sabit qalması bu gün dünya praktikasında müşahidə olunan çox nadir hadisədir."