3 sığorta agentliyinə verilən lisenziyaların qüvvəsi bərpa olunub
17 İyul 2023 20:02 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı "AZ Group Sığorta Agentliyi", "Çətir Sığorta Agentliyi" və "Qarant Sığorta Agenti" MMC-lərə, "Buta Sığorta və Təkrar Sığorta Brokeri" QSC-yə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Olaylar.az Mərkəzi Banka istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün "Sığorta fəaliyyəti haqqında" Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31