İqtisadi fəallığın dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib - ÖZƏL

"Son illər ölkəmizdə iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Rəvan Heydərli səsləndirib. O bildirib ki, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib:

"Bütün bunlarla bərabər, respublikamızda qeyri-neft sektorunun inkişafı fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin önə çəkilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31