Azərbaycan iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının sosial durumuna müsbət təsir göstərir - ÖZƏL

"Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Əsasları ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış və hazırda onun ən layiqli siyasi varisi, əsrimizin yeni parlaq lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir şəraitə uyğun olaraq yeni keyfiyyətdə uğurla davam və inkişaf etdirdiyi müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modeli çox qısa müddətdə ölkəmizin inanılmaz dərəcədə müasirləşməsinə, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsinə imkan verib".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Azad Bayramov deyib ki. Azərbaycan iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının da sosial durumuna müsbət təsir göstərməkdə, insanların maddi-rifah halının daha da yüksəlməsinə səbəb olmaqdadır:

"Düşünülmüş, güclü sosial-iqtisadi siyasət, demokratiyanın və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi Azərbaycanı davamlı inkişaf etdirmək yolunda vacib amillər kimi önə çəkilib. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu əyani surətdə təsdiqləyir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31