Sosial-iqtisadi siyasət və islahatlar iqtisadi inkişafda müsbət nəticələrin əldə olunmasına yol açıb - ÖZƏL

"Ölkə başçısının rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasət və islahatlar iqtisadi inkişafda müsbət nəticələrin əldə olunmasına yol açıb, vergi və gömrük sahələrində şəffaf fəaliyyətin təmin olunması büdcə gəlirlərini artırmaqla digər sahələrin inkişafına imkan yaradıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Nərmin Hüseynzadə cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəni şərh edərkən səsləndirib. Onun sözlərinə görə, cari ilin altı ayının sosial-iqtisadi göstəriciləri də aparılan iqtisadi siyasət və islahatların uğurlu olduğunu bir daha göstərir: "Belə ki, bu ilin birinci rübündə büdcə gəlirlərinin artması dövlət büdcəsində dürüstləşmə etməyə və büdcəni 36 milyard manatdan çox təsdiq etməyimizə imkan verib. Cari ilin altı ayında qeyri-neft sektorunun 3%, qeyri-neft sənayesinin 6,5% artması, xarici ticarət dövriyyəsində 10 milyard dollardan çox profisitin yaranması iqtisadiyyatın müsbət inkişafı deməkdir. İlin sonuna qədər də bu müsbət meyillər davam edəcək və nəticədə ölkədəki inflyasiyanın səviyyəsinin ikirəqəmlidən birrəqəmli göstəriciyə endirilməsi haqqında proqnoz vermək olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31