Xarici ticarət iştirakçıları ilə görüş keçirilib - FOTO
11 İyul 2023 18:41 İqtisadiyyatOlaylar.az xəbər verir ki, iyulun 11-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə xarici ticarət iştirakçıları arasında "Gömrük anbarlarının işə salınması" mövzusunda görüş keçirilib.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən görüşdə Komitə əməkdaşları gömrük anbarları mövzusunda təqdimatla çıxış ediblər.
Xarici ticarət iştirakçılarına gömrük anbarlarının işləmə mexanizmi, gömrük anbarlarının təsis edilməsi qaydaları, anbarların tipləri və bu sahədə müvafiq qanunvericilik barədə məlumat verilib, mövzu ilə bağlı biznes nümayəndələrinin sualları ətraflı cavablandırılıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31