Ən çox şikayət edilən sığorta şirkətlərinin SİYAHISI açıqlandı

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AzSığorta" (4.98) olub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib. "Atəşgah Sığorta" 3.36 indeksi ilə ikinci, "İpək Yolu Sığorta" isə 2,70 indeksi ilə üçüncü olub. Siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edir. Bu isə o deməkdir ki, bazar üzrə ən yüksək narazlıq "Atəşgah Sığorta" ilə bağlıdır.

Qeyd edək ki, "Naxçıvan Sığorta" üzrə şikayətlər Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31