Vergidən 10 milyonlarla yayınma faktı üzə çıxdı

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı 1980-ci il təvəllüdlü, Lənkəran şəhəri,   M.H.Nəccab küçəsi ev 17-də qeydiyyatda olan Cahangirov Seymur Əhmədağa oğlunun təsisçisi və direktoru olduğu "Fəhmin" müəssisəsinin 2006-2009-cu illərdə 127022,95 min manat məbləğində vergilərin  dövlət büdcəsindən yayındırılması  faktı aşkar olunub,  2010-cu ilin iyun ayında  Departamentin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlayıb. İstintaq  zamanı müəyyən edilib ki, S.Cahangirov nəinki "Fəhmin", eləcə də müxtəlif vaxtlarda "Sanqeyt", "Nuray-S", "Rasa-Tikinti", "Fəza", "Oskar-M", "Cahan LTD" müəssisələrinin adından təqdim etdiyi vergi bəyannamələrinə bilərəkdən təhrif edilmiş məlumatlar daxil etmək və ya bəyannamə təqdim etməmək yolu ilə 3 milyon 287 min 562 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırmışdır. Bundan başqa o, "Sanqeyt", "Rasa-Tikinti" və "Relax-Tikinti MTK" müəssiəsələri adından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tütün və yanacaq məhsullarının satışını xüsusi razılıq (lisenziya) almadan həyata keçirmiş və 482 min 105,63 manat gəlir əldə edib. İstintaq materialları toplanmış dəlillərlə sübuta yetirildiyi üçün 18  yanvar 2011-ci il tarixdə S.Cahangirova Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə ittiham elan edilmiş və o, həbs olunub. "Faiq-İnşaat B.İ" müəssisəsinin  külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktı üzrə 27 sentyabr 2010-cu il tarixdə başlamış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, 1973-cü il təvəllüdlü, Ağcabədi rayonunun Qaravəlli kənd sakini Əmiraslanov Mehman Əmiraslan oğlu həmkəndlisi Sarıyev Müşfiq Əliuqlu oğlu ilə qabaqcadan əlbir olaraq 2 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "Səda-Tikinti-M" müəssisəsinə rəhbərlik edərkən müxtəlif vaxtlarda vergi orqanına təqdim olunmuş bəyannamələrə qəsdən təhrif edilmiş məlumatlar daxil edərək 3 milyon 911  min 460,72 manat, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan "Texnoqrupkom" müəssisəsinin direktoru olarkən 2010-cu ilin  may ayı üzrə 135 min 854,34 manat məbləğində ƏDV-ni, 8 saylı ƏVİ-də qeydiyyatda olan "Yeni Standart şirkəti"nin, "Efiopiya", "İnşaat-Servis", "Səda-12" müəssisəsinin direktorları olarkən 1 milyon 301 min 325 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, qanunsuz sahibkarlıq fəaliyyəti  ilə məşğul olaraq neft məhsullarının satışı ilə xüsusi razılıq (lisenziya) almadan məşğul olaraq ümumilikdə 232 min 23 manat məbləğində xalis gəlir əldə etmişdir.  M.Sarıyev Əmiraslanovla birlikdə törətdikləri yuxarıda qeyd olunan cinayət əməllərindən başqa, özü ayrılıqda 12 saylı ƏVİ-də qeydiyyatda olan "Faiq-İnşaat B.İ" MMC-yə faktiki rəhbərlik edərkən vergi tutulan dövriyyəni azaltmaqla, ümumilikdə 89 min 130,91 manat məbləğində,  11 saylı ƏVİ-də qeydiyyatda olan "AFA Təmir-Tikinti" MMC- nin rəhbəri olduğu müddətdə 44 min 973,99 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31