Baş Gömrük idarəsində yeni rəis - TƏYİNAT

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Olaylar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Elmir Ramazanov Bakı Baş Gömrük idarəsinin rəisi təyin edilib.

E.Ramazanovun dosyesini təqdim edirik.

E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azerbaycan Dövlet İqtisadiyyat Universitetinin Iqtisadiyyatin hüquqi tənzimlənməsi fakültəsini bitirib. İkinci təhsil kimi 2022-ci ilde Azerbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının, Dövlət və bələdiyyə idarəetmesi fakültəsinə daxil olub. İxtisasına uyğun olaraq Əmək fəaliyyətinə Vergiler Nazirliyində başlayıb.

2012-ci ildən vergi sistemində inspektor vəzifəsində fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

2022-ci ilin avqustun 15-də Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə BBGİ-nin rəis müavini vəzifesinə təyin edilib.

Ailəlidir, 1 (bir) övladı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31