Rus iqtisadçı: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində böyük oyunçuya çevrilə bilər”

"Rəsmi Ankaranın Türkiyə-Ermənistan dəmiryolunun bərpasına müsbət cavab verməməsinin əsas səbəbi hökumətin Azərbaycanın mövqeyini nəzərə almasıdır". Rusiyalı iqtisadçı İosif Diskin erməni mətbuatına açıqlamasında belə deyib. Diskin hesab edir ki, Ərdoğan hökuməti dəmiryolunun açılmasına icazə versə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə vasitəçi kimi daxil ola bilər: "Türkiyə münaqişənin həlli prosesində böyük oyunçuya çevrilmək istəyirsə layihənin icrasını həyata keçirəcək. Bir müddət əvvəl Ərzurumun AKP millət vəkili Əhməd Arslan mətbuata açıqlamasında bildirib ki, dəmiryolunun açılması Türkiyə-Ermənistan əlaqələrinin inkişafına əlavə stimul verəcək: "Ancaq bir həqiqət var. Qardaş Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyənə qədər Türkiyə belə bir qərara imza atmayacaq. Əvvəlcə Ermənistan silahlı qüvvələrini işğal altında olan Qarabağdan çəkməlidir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31