ARDNF-in xərcləri 68,9% səviyyəsində icra olunub - ÖZƏL

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1527 nömrəli Fərmanına əsasən ARDNF-nin 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manat, xərcləri 12 789 674,6 min manat olaraq təsdiq edilib. Bu barədə məlumat "OLAYLAR"-a Dövlət Neft Fondan daxil olub. Bildirilib ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə əlaqədar Azərbayan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 1759 saylı Fərmanı ilə ARDNF-nin büdcəsinə dəyişikliklər edilib.

Fərmana əsasən ARDNF-nin büdcəsinin gəlirləri 15 789 147,9 min manata qədər artırılıb,  xərcləri isə 11 597 136,5 min manata qədər azaldılıb. 

Hesabat ilində ARDNF-yə ümumilikdə 16 866,5 milyon manat və yaxud 9 586,0 milyon ABŞ dollar həcmində büdcə daxilolmaları olub və gəlirlər büdcədə nəzərdə tutulan məbləğə nisbətən (15 789,1 milyon manat) 106,8% səviyyəsində icra olunub. Həmin ildə ARDNF-nin büdcə xərclərinin həcmi 7 988,3 milyon manat və yaxud 4 699,0 milyon ABŞ dolları təşkil edib. ARDNF-nin xərcləri büdcədə nəzərdə tutulan məbləğə (11 597,1 milyon manat) nisbətən 68,9% səviyyəsində icra olunub.

2022-ci il ərzində ARDNF-nin büdcəsində 8 878,2 milyon manat profisit yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31