Neft Fondunun aktivləri yüksəlib - ÖZƏL

Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollara yüksəlib.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumat Dövlət Neft Fondundan daxil olub. Bildirilib ki, ümumi portfelin 62,1% və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6% və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilib.
Portfelin 6,2% və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1% və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31