Əkin sahələrinin becərilməsinə görə verilən subsidiyalar azalıb

Respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar olmaqla 2021-ci ilə nisbətən 20,5 min hektar az olub. Əkin sahələrinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat olmaqla 2021-ci illə müqayisədə 4,6% azalıb.

"OLAYLAR" əbər verir ki, bu barədə Hesablama Palatasının şöbə müdiri Azim Abasovun  "Dövlət auditi" rəsmi rüblük məlumat bülleteninin 2023-cü il üzrə ikinci nömrəsində dərc edilmiş məqaləsində ətraflı məlumat verilib.

Bildirilib ki, azalma əsasən 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31