Məktəblər arasında İqtisadiyyat Müsabiqəsinin sonuncu turu yekunlaşıb - ÖZƏL
21 İyun 2023 10:21 İqtisadiyyat"Məktəblər arasında İqtisadiyyat Müsabiqəsinin sonuncu turu yekunlaşıb. Qeyd edək ki, Azərbaycan, İngilis və Rus dillərində onlayn keçirilən müsabiqənin birinci turunda Azərbaycanın 150 məktəbindən 300-dən çox şagird iştirak etmişdi.
Müsabiqə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ilə İqtisadi Təhsil İnstitutunun (İNEV) birgə reallaşdırdığı beynəlxalq yarışmadır. Elm və Təhsil Nazirliyi müsabiqənin təşkilinə xüsusi dəstək vermişdir". Bu barədə "Olaylar"a məlumat verən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müsabiqənin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq və iqtisadi təhsili təşviq etməkdir: "Yarışmada bunu İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən nəşr olunan "Sağlam iqtisadi düşüncə: hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları" kitabının Azərbaycan dilində pulsuz nəşrini Azərbaycanda tələbələrə təqdim etməklə həyata keçirmək məqsədi daşıyır. Sonuncu turda 10 ən yaxşı nəticə göstərən şagirdlər sertifikatla təltif olundular. Sertifikatlar İqtisadiyyatın Əsasları Təşəbbüsünün rəhbəri Randall Filer, CESD-nin yardıcısı Vüqar Bayramov və İNEV professorları tərəfindən şagirdlərə təqdim olundu". Millət vəkili bildirib ki, 5 ən yaxşı nəticə göstərən şagirdlər bu ilin sentyabr ayında Slovakiyada təşkil ediləcək beynəlxalq turda iştirak edəcək. Həmin şagirdimizin beynəlxalq müsabiqədə bütün iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.