infilyasiya ən mənfi təsirindən necə qurtulmaq olar? - ÖZƏL
14 İyun 2023 07:35 İqtisadiyyat"2023-cü ilin büdcə dürüstləşməsində ən çox nəzərə çarpan dəyişikliyi, yəni işğaldan azad olunan torpaqlardakı quruculuq işlərinə, ölkənin müdafiə və təhlükəsizlik potensialınının gücləndirilməsinə ayrılan vəsaitin daha da artırılmasını mən də alqışlayıram! Hesab edirəm ki, bu, təkcə soydaşlarımızın öz yurdlarına dönmələrini tezləşdirmək yox, həm də obrazlı desək, artıq tabutda olan "miatsum" və "Böyük Ermənistan" xülyasının mümkün qədər daha dərin qəbirdə basdırılması üçündür". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,
dürüstləşmiş büdcədə digər diqqətcəkici faktlar da var: "2023-cü ilin büdcəsi təsdiqlənərkən burada bir neçə həmkarımız o sıradan mən də bildirdim ki, inflyasiyanın 6,9 faiz göstərilməsi aşırı nikbinlik təsiri bağışlayır. Elə də oldu. Yeni varinatda 10,4 %-lilk bir inflyasiya göstərilir. Mən iqtisadçı deyiləm, amma bir çox faktları, o sıradan da cari ilin 4 ayında 13,5 faizlik inflyasiyanı, istehlak səbətinin hər 3 alt qrupu üzrə qiymət artımını nəzərə alıb da soruşuram, bəs bu 10,4 % nə dərəcədə realdır? Bəli, iki əsas ticarət tərəfdaşımız Avropa Birliyi və Rusiyada bu il inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır. Amma digərində- Türkiyədə ötən ay İnflyasiyanın səviyyəsi 39, 59 faiz , əvvəlki aylarda isə daha yüksək idi. Ən nikbin proqnozlara görə orada ilin axırına bu rəqəm 22,35%-ə düşəcək ki, o da elə də inandırıcı deyil. Demək, bu cür yüksək inflyasiyanın mənfi təsirini biz də öz üzərimizdə hiss edəcəyik. Bu təsirin azaldılması üçün hansı addımlar atılacaq?"