Naxçıvanda azad iqtisadi zona yaradılacaq - ÖZƏL

"Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən milləıt vəkili Vüqar Bayramovun sözlərinə görə, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək: "Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək. Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31