Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi başa çatıb
2 İyun 2023 21:57 İqtisadiyyatDövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində xidmətə qəbul ilə əlaqədar 8 oktyabr 2022-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Müsahibə mərhələsində iştirak hüququ əldə etmiş 327 namizəddən 120 nəfəri bu mərhələdə müvəffəqiyyət əldə edib.
Müsahibələrin nəticələri barədə məlumatlarla Komitənin www.customs.gov.az saytının "Xidmətə qəbul" bölməsində yerləşdirilmiş "Müsahibələrin keçirilmə qrafiki və nəticələri" alt bölməsindən tanış olmaq olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31