Orxan Məmmədov Tbilisidə Levan Vepxvadze ilə görüşüb
2 İyun 2023 20:00 İqtisadiyyatKiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.
"Tbilisidə Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze ilə görüşərək Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində qurumlarımız arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri və əməkdaşlıq perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31