Ötən il sosialyönümlü xərclər 36,1 faiz təşkil edib

2022-ci ildə sosialyönümlü xərclər dövlət büdcəsinin icrasında xərclərin 36,1 faizi və ya 11 576,9 milyon manat həcmində olub. "Olaylar" xəbər verir ki, bu barədə millt vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib:"Ümumilikdə isə son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,4 faiz-bənd, mütləq ifadədə isə 4380,4 milyon manat və ya 1,6 dəfə artıb. Qeyd olunub ki, sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7465,7 milyon manat, sosial ödənişlər üzrə xərclərə 3550,7 milyon manat , ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31