Qarabağ və Zəngəzurun inkişafına ayrılacaq vəsaitin həcmi bəlli oldu - ÖZƏL

 

Dövlət büdcəsinin dürüstləşdirilməsi nəticəsində ən çox ayrılacaq vəsaitin həcmi bəlli olub. Maliyyə Nazirliyindən Olaylar-a bildirilib ki,
Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2260,0 milyon manat.  Artımdan sonra bu xərc 5260,0 milyon manat məbləğində olacaqdır.
Həmçinin ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3070,0 milyon manat təşkil edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31