Dörd ayda ölkədə 40 milyard manatlıq ÜDM istehsal olunub - ÖZƏL

 

2023-cü ilin ilk dörd ayında ölkədə 40,0 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 22,7 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Maliyyə Nazirliyindən Olaylar-a bildirilib ki,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,1 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artmışdır. 
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel ayları ərzində ölkə iqtisadiyyatının əksər sahələrində, o cümlədən kənd təsərrüfatında 3,5 faiz, tikintidə 10,1 faiz və informasiya və rabitə sahəsində 12,1 faiz real artım, sənaye sahəsində isə neft hasilatının azalması ilə əlaqədar 2,6 faiz azalma qeydə alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31