Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib - FOTO

Mayın 30-da Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib.

Olaylar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük sistemində uzun illər fəaliyyətlərinə görə təşəkkürünü bildirib, keçdikləri xidmət yolunun və təcrübələrinin gənc əməkdaşlara ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulayıb.

Təqaüdə çıxan gömrük əməkdaşları - Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı və Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev onlara göstərilən diqqət üçün təşəkkürlərini bildirib, uzun illər gömrük orqanlarında fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31