Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının katibliyi Bakıda yerləşəcək

"Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının katibliyi ilk 3 il Azərbaycanda olacaq". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ittifaqın sədri, millət vəkili Fuad Muradov Azərbaycan hökumətinin belə bir təkliflə çıxış etdiyini və qurumun Bakıda keçirilən toplantısında bu barədə razılıq əldə olunduğunu vurğulayıb: "Sonrakı mərhələlərdə katiblik ittifaqın üzvü olan 25 ölkədə fəaliyyət göstərəcək. Yaxın vaxtlarda qurumun baş katibi və digər rəhbər strukturları da müəyyən olunacaq". Fuad Muradov deyib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında Böyük İpək Yolu Gənclər İttifaqının da müəyyən rolu olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31