Son üç ayda qiymətlərdə ucuzlaşma qeydə alınıb

Ölkədə son üç ayda ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.7 faiz ucuzlaşmış, xidmət tarifləri 0.1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb. Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.3 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31