Xarici ticarət dövriyyəmiz 5,4 faiz artıb
16 Avqust 2013 16:30 İqtisadiyyatDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ilin yanvar-iyun aylarında aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 5.4 faiz artaraq 17.1 milyard dollar təşkil edib. Onun 88.4 faizi və ya 15.1 milyard dolları uzaq xarici dövlətlərlə, 2.0 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılıb. Altı ay ərzində ölkəmizdən 11.9 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilib, onun 11.2 milyard dolları uzaq xarici dövlətlərə göndərilib ki, onun 738.7 milyon dolları MDB-yə daxil olan ölkələrə ixrac olunub. Qeyri-neft məhsullarının ixracı altı ay ərzində sabit qiymətlərlə 13.5 faiz artıb. Ölkəmizə idxal olunmuş məhsulların dəyəri isə 5.2 milyard dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31