Meyvə-tərəvəz istehsalı artıb, çay və tütün isə azalıb
16 Avqust 2013 16:28 İqtisadiyyatAvqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98.2 faizi, yaxud 1016.5 min hektarı biçilib və həmin sahələrdən 2705.0 min ton məhsul götürülüb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul 0.3 sentner artaraq 26.6 sentner təşkil edeib. Bundan əlavə, məhsulu toplanmış 4.2 min hektar qarğıdalı sahəsindən 17.4 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 544.8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 23.8 min ton çox kartof, 728.3 min ton (14.8 min ton çox) tərəvəz, 166.9 min ton (4.2 min ton çox) meyvə və giləmeyvə, 297.1 min ton (1.9 min ton çox) bostan məhsulları, 394.8 ton (0.6 ton az) yaşıl çay yarpağı, 1434 ton, yaxud 135.6 ton az tütün toplanıb. Bu dövrdə 259.4 min ton, yaxud 2012-ci ilin yanvar-iyul aylarına nisbətən 3.0 faiz çox diri çəkidə ət, 1080.5 min ton (7.2 faiz çox) süd, 798.6 milyon ədəd (14.1 faiz cox) yumurta, 15.4 min ton (4.0 faiz çox) yun istehsal olunub.