“Ermənistan etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, bütün şəhər və kəndlərimizi yerlə yeksan edib”-Spiker- ÖZƏL

Azərbaycanda keçirilən "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans iştirakçılarının sabah Zəngəzur rayonuna səfəri planlaşdırılır. "Olaylar"ın məlumatına görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Spiker bildirib ki, parlament diplomatiyası ATƏT regionunda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün əvəzolunmazdır. Ancaq icazə verin bildirim ki, bu diplomatiyanın təməl daşı Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə, xüsusilə dövlətlərinsuverenliyinə,ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət olmalıdır: "Sabah Sizin bir qisminizkonfrans çərçivəsində Azərbaycanın Zəngilan rayonuna səfər edəcəksiniz. Sizin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözlərinizlə görmək imkanınız olacaq. O illər Ermənistanın öz qonşusunun torpaqlarını işğal etdiyi illər kimi onun tarixinin ən utancverici səhifələrindən biri olacaq: "Ermənistan etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, bu illər ərzində bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. İşğal ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, ATƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarları yerinə yetirilmədi. 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31