Əgər siz bu səfərə getsəniz, çox şeylərin şahidi olacaqsınız-Spiker - ÖZƏL
22 May 2023 13:08 İqtisadiyyatErmənistan "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda keçirilən konfransda iştirak edən xarici ölkə nümayəndə heyətinə müraciət edərək onlara Zəngilan rayonuna getməməyi tövsiyə edib. "Olaylar"ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib konfran iştirakçılarına deyib ki, bu Sizin öz seçiminizdir: "Əgər siz bu səfərə getsəniz, çox şeylərin şahidi olacaqsınız. Bir tərəfdən Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıtıları öz gözlərinizlə görəcək, digər tərəfdən isə Azərbaycan Hökumətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il yarım ərzində həyata keçirdiyi irimiqyaslı tikinti-quruculuq işləri ilə tanış olacaqsınız. Siz bu ərazilərdə olarkən, Azərbaycan hökumətinin güclü siyasi iradəsinin və İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il yarım ərzində yollarda, körpülərdə, elektrik stansiyalarında, məktəblərdə, xəstəxanalarda, yaşayış evlərində aparılan irimiqyaslı yenidənqurma və bərpa işlərində xalqımızın qətiyyətinin şahidi olacaqsınız. Qısa müddət ərzində inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanı və regionda yeni nəqliyyat infrastrukturuna çevriləcək Zəngəzur dəhlizi Orta Dəhliz boyunca nəqliyyat və ticarət sahəsində əməkdaşlığı xeyli genişləndirəcək. Bu ərazilərdə ətraf mühitə dair"ağıllı şəhər və kəndlər" layihələrinin həyata keçirilməsinin ilk uğurlu nümunəsi olan Ağalı kəndini ziyarət edəcəksiniz. Və orada keçmiş məcburi köçkünlərlə görüşdükdən sonra görəcəksiniz ki, bu qədər illərdən sonra həyat artıq bu torpaqlara qayıdıb".