Əksər ölkələrdə əmlakın sığortası könüllüdür - ÖZƏL
19 May 2023 13:48 İqtisadiyyatMənzillərin, daşınmaz əmlakların sığorta edilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, yayılan xəbərlərə görə, iyunun 1-dək öz əmlakını sığorta etməyən şəxslər cərimələnəcək. Artıq bununla bağlı vətəndaşlara bildirişlər də gəlib.
"OLAYLAR"-ın xəbərinə görə, iqtisadçı Samir Əliyev deyir ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Onun sözlərinə görə, əksər ölkələrdə əmlakın sığortası könüllüdür:
"Bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir".