Azərbaycanda kənd təsərrüfatı və ərzaq sektorlarında ticarət və investisiya imkanları müzakirə edilib - ÖZƏL
18 May 2023 14:53 İqtisadiyyatTürkiyənin Çorlu Ticarət Birjası İdarə Heyətinin sədri Yüksel Ertanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. "OLAYLAR" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Şuranın sədri Mustafa Yavuz Akın və İdarə Heyətinin üzvləri, eləcə də Şura üzvləri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağıçını ziyarət edib.
Səfirlə keçirilən görüşdə Azərbaycanda kənd təsərrüfatı və ərzaq sektorlarında ticarət və investisiya imkanları barədə müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31