Maliyyə sanksiyası tətbiq edilib
15 Avqust 2013 18:06 İqtisadiyyatMəlumat verildiyi kimi, "Worldcard" kredit kartının yayımlanan reklamlarında istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəbolma əlamətləri olduğuna görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Yapı Kredi Bank Azərbaycan" QSC-yə 30.9 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31